AZ

Trampın qatıldığı şam yeməyinə edilən hücumun YENİ GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO

ABŞ-nin paytaxtı Vaşinqtoda Ağ Ev Müxbirləri Assosiasiyası tərəfindən təşkil olunan şam yeməyinə silahlı hücumla bağlı yeni görüntülər ictimaiyyətə təqdim edilib.

Musavat.com xəbər verir ki, görüntülərdə hücum edən 31 yaşlı Kol Tomas Allenin hadisədən bir gün əvvəl tədbirin keçirildiyi Hilton hoteli ətrafında kəşfiyyat apardığı əks olunub.

Hücum günü isə onun təhlükəsizlik məntəqəsinə doğru qaçaraq ABŞ Məxfi Xidməti agentinə atəş açdığı görünür.

Hadisə zamanı güllə keçirməyən jilet geyinmiş agent xəsarət almadan xilas olub. Hücumdan dərhal sonra təhlükəsizlik qüvvələri tədbir keçirilən zalı boşaldaraq Donald Tramp və kabinet üzvlərini təxliyə edib. Rəsmi məlumatlara görə, dövlət başçısı və digər iştirakçılar təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılıb.

Məlumata görə, hücumçu təhlükəsizlik baryerini keçdikdən sonra saxlanılıb. Ona qarşı ABŞ Prezidentinə sui-qəsd cəhdi və federal silah qanunlarını pozma maddələri ilə ittiham irəli sürülüb.

Faktla bağlı istintaq davam edir.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr