AZ

"Fənərbağça"nın kapitanı bir illik cəzalandırıldı

"Fənərbağça"nın kapitanı Mert Hakan Yandaş bir illik diskvalifikasiya olunub.

Fanat.Az xəbər verir ki, o, mərc oyunlarına görə cəzalandırılıb.

Məlumatı Türkiyə Futbol Federasiyası yayıb. İstanbul nəhənginin lideri 2025-ci ilin sonlarında danışılmış oyunlar və mərc oyunları ilə bağlı istintaq çərçivəsində həbs edilib. O, dörd ay həbsdə qaldıqdan sonra aprelin əvvəlində azadlığa buraxılıb. Lakin federasiya ona bir il peşəkar futbol oynamaq qadağan edilib. 

Yandaş 2020-ci ildən "Fənərbağça"da çıxış edir. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti bu yay başa çatır. O, "Fənərbağça"da təxminən 150 rəsmi oyun keçirib.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr