AZ

Cihazları tok a qoşanda heç fikir vermisiniz...

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Məişətdə hər gün istifadə etdiyimiz rozetkalarda diqqət yetirmədiyimiz kiçik detal əslində böyük təhlükəsizlik funksiyasını yerinə yetirir. Bir çox cihazın qoşulduğu yuvaların müxtəlif ölçülərdə olması təsadüf deyil. İllərdir göz önündə olan bu fərqin arxasında dayanan mühəndislik sirri üzə çıxıb.Elektrik sistemlərində enerjinin ötürülməsi üçün faza və neytral xətlər mövcuddur. Rozetkadakı geniş yuva neytral xətti, dar yuva isə enerjini daşıyan faza xəttini təmsil edir. Bu ölçü fərqi sayəsində başlığın yalnız bir istiqamətdə taxılması mümkün olur. Mütəxəssislər bildirir ki, bu sistem cihazın daxili dövrəsinə enerjinin hər zaman doğru istiqamətdən daxil olmasını təmin edir.Əgər bu yuvalar eyni ölçüdə olsaydı və başlıq istənilən tərəfə taxılsaydı, cihaz söndürüldükdə belə onun içində gərginlik qala bilərdi. Polarizasiya adlanan bu metod elektrik vurması və qısaqapanma riskini sıfıra endirir. Beləliklə, cihaz söndürüldüyü an elektrik axını tamamilə kəsilir və istifadəçi üçün tam təhlükəsiz mühit yaranır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
demokrat.az

1Mənbələr