ABŞ prezidenti Donald Trampın oğulları Erik və Donald Jr.-ın Qazaxıstanda volfram mədən şirkətində pay aldıqları iddia olunur.
Doğru.az xəbər verir ki, Financial Times mənbələrə istinadən bildirir ki, sövdələşmə ötən ilin avqust ayında baş tutub. Məlumata görə, Erik və Donald Jr. əvvəlcə Skyline Builders tikinti qrupunda pay əldə edib, həmin şirkət isə sonradan Kaz Resources-da 20% paya sahib olub. Daha sonra Kaz Resources və onunla əlaqəli Cove Kaz Capital şirkəti Skyline ilə birləşib.
Nəşr yazır ki, yeni qurumun Nasdaq birjasında Kaz Resources adı ilə ticarət etməsi planlaşdırılır. Bununla belə, birləşmə barədə mətbuat açıqlamasında Trampın oğullarının adları qeyd edilməyib.
Bu arada Donald Trampın sözçüsü bildirib ki, prezident yalnız passiv investor kimi çıxış edir və şirkətin əməliyyat fəaliyyətində iştirak etmir. Həmçinin qeyd olunub ki, investisiyalarla bağlı federal qurumlarla hər hansı əlaqə qurulmayıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Kasım-Jomart Tokayevə məktub göndərərək onu Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmişdi.
DOĞRU.AZ