AZ

Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafında əsas strateji prioritetlərdəndir

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi bu gündən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Böyük Qayıdış” Proqramına ictimai dəstək” adlı layihənin icrasına start verir...

İctimai Birlik Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi kiçik qrant layihəsinin qaliblərindəndir. Layihənin icrası 01 may 2026-cı ildən, 31 iyul 2026-ci ilə qədər davam edəcək. Bu layihədə hədəf qrupu əsasən məcburi köçkünlər, şəhid ailələri və müharibə iştirakçılarıdır.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra yaranan yeni reallıqlar nəzərə alınmaqla Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. İşğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışını və reinteqrasiyasını təmin etmək Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdəndir. Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafına dair əsas strateji prioritetlərdəndir.

Məcburi köçkün olan şəhid ailələrini və qaziləri “Böyük Qayıdış” Proqramında iştiraka təşviq edilməsi siyasi, strateji,eyni zamanda milli-mənəvi dəyərlərə bağlılığı özündə əks etdirən prosesdir. Ermənistanın əsassız ərazi iddiaları, deportasiya və işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız uzun illər ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum oldular. Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsində olduğu kimi, post-münaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarında reinteqrasiyası üzrə də dünyaya yeni nümunəvi model təqdim edir. Layihə çərçivəsində məcburi köçkünlər şəhid ailələri və qazilərin iştirakı ilə bu istiqamətdə olan dövlət proqramının icrasında iştiraka təşviq ediləcək. Daha geniş auditoriyanın məlumat əldə etməsi üçün internet televiziya kanalında verilişlər hazırlanacaq. Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunmasına baxmayaraq zaman-zaman məcburi köçkünlərə qarşı kampaniya təsadüfi hadisə deyil. Bu proses məqsədli xarakter daşıyır və ölkənin sabitliyinə təhdid əlamətidir.

Layihə çərçivəsində bu cür təhlükəli tendensiyaların qarşısının alınması mexanizmləri haqqında da, məlumat veriləcək.

Poliqon.info

Seçilən
19
poliqon.info

2Mənbələr