AZ

Ulduz futbolçu ​“Arsenal” yoxsa "Barselona"nı seçəcək?

“Arsenal” “Atletiko Madrid”in futbolçusu Xulian Alvares transferi üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, London klubu “Atletiko Madrid”in hücumçusunun vəziyyətini yaxından izləyir və onun yay transfer qərarını gözləyir. Bildirilir ki, futbolçu gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. Məlumata görə, “Arsenal” rəhbərliyi mümkün transfer üçün artıq ilkin təmaslar qurub və oyunçunun qərarından sonra rəsmi addım atmağı planlaşdırır.

Qeyd edək ki, Xulian Alvaresin adı "Barselona" ilə hallanıb.

Seçilən
75
metbuat.az

1Mənbələr