Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi, bölgədəki hadisələrlə əlaqədar olaraq, Əmirlik vətəndaşlarının İran, Livan və İraqa səyahət qadağası elan edib. Nazirlik, hazırda bu ölkələrdə olan vətəndaşları ən qısa müddətdə BƏƏ-yə qayıtmağa çağırıb.
Hafta.az yazır ki, nazirlik, xaricdəki vətəndaşların vəziyyətini yaxından izlədiyini və onların təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atdığını, həmçinin, vətəndaşlara verilən xəbərdarlıqlara əməl etməyin vacibliyini vurğulayıb.
İran, Livan və İraqdakı vətəndaşlardan görülən profilaktik tədbirlərin bir hissəsi olaraq Xarici İşlər Nazirliyi ilə +97180044444 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.