2026-cı il 1 may tarixində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) növbəti Ümumi Yığıncağı keçiriləcək.
Bildirilib ki, tədbirə iştirakçıların qeydiyyatı saat 10:30-dan başlayacaq. Ümumi Yığıncaq Zərifə Əliyeva küçəsi 31 ünvanında yerləşən InterContinental Baku otelinin “Leyli və Məcnun” zalında təşkil olunacaq.
Azərbaycan Milli QHT Forumu üzvlərini qeyd olunan vaxtda tədbirdə iştirak etməyə dəvət edib.