AZ

Rusiya Ermənistana qarşı yeni sanksiya siyahıları hazırlayır

Ermənistan hakimiyyətinin Moskva əleyhinə hərəkətləri ilə paralel olaraq, Rusiyada Ermənistana qarşı yeni sanksiya siyahıları hazırlanır və onlar artıq açıq mənbələrdə mövcuddur və açıq müzakirə olunur.

Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri də Rusiya əleyhinə hərəkətlərə səbəb olan addımlar arasında hesab olunur.

Beləliklə, Moskva Ermənistandan Rusiyaya mövsümi kənd təsərrüfatı məhsullarının və güllərin idxalına, eləcə də Ermənistandan müəyyən mədən məhsullarının alınmasına məhdudiyyətlər qoymağı nəzərdə tutur. Daha təhlükəli olan digər paket Metsamor Atom Elektrik Stansiyasından nüvə tullantılarının utilizasiyası ilə bağlı müqavilələrin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr