AZ

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi oldu

Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilmişdir.

DSX-dan Publika.az-a bildirilib ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilən hərbi-idman oyunlarına respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdi cəlb olunub.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz vətənpərvər, sağlam düşüncəli və yüksək fiziki hazırlığa malik gənclərin yetişdirilməsi olduğu vurğulanıb.

Qeyd olunub ki, məktəblilərin hərbi-fiziki hazırlığının gücləndirilməsi, onların vətənə, xalqa, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və Ali Baş Komandana sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də sərhədçi peşəsinə marağın artırılması baxımından “Sərhəd” hərbi-idman oyunları mühüm əhəmiyyət daşıyır.

Seçilən
26
4
publika.az

5Mənbələr