AZ

“Gülünc vəziyyətdədir” - Fiko BMT-ni tənqid ETDİ

Slovakiyanın Baş naziri Robert Fiko BMT-ni qlobal münaqişələrin qarşısını almaqda aciz qalmasına görə sərt tənqid edib.

Redaktor.az xəbər verir ki, “Clash Report”a istinadən yayılan məlumata görə, Fiko BMT-ni “gülünc vəziyyət” adlandırıb.

Baş nazir çıxışında suallar səsləndirərək bildirib: “İraqda amerikalıları kim dayandıracaq? Ukraynada Rusiyanı kim dayandıracaq? İranda amerikalıları kim dayandıracaq? Venesuelada amerikalıları kim dayandıracaq?”

Qeyd edək ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu bildirib. O vurğulayıb ki, “millətlərin suveren bərabərliyinə əsaslanan beynəlxalq nizamda BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətləri artıq əsassızdır”.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
56
1
redaktor.az

2Mənbələr