AZ

I Qarabağ müharibəsində itkin düşənlər və əsir-girovlarla bağlı statistik açıqlandı

BAKI, 1 may. TELEQRAF

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.

TeleqrafƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4005 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Məlumata görə, əsir və itkin düşmüş, eləcə də girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasında ümumilikdə 3999 nəfər qeydiyyata alınıb.

Onlardan 3218 nəfəri hərbçilər, 781 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslər arasında 71 uşaq, 287 qadın və 319 qoca var.

Qeydiyyata alınan şəxslərin 3711 nəfərini kişilər, 288 nəfərini isə qadınlar təşkil edir.

Bundan əlavə, şəxsiyyəti müəyyən edilərək ailələrinə təhvil verilmiş və dəfn olunmuş itkin-şəhidlərin sayı 220 nəfərdir.

Həmçinin, əsir və girovluqdan azad edilənlərin ümumi sayı 1702 nəfər təşkil edir. Onlardan 424 nəfəri hərbçi, 1278 nəfəri isə mülki şəxslərdir.

Seçilən
49
teleqraf.com

1Mənbələr