AZ

Nazir müavini: Süni intellekt bəzən saxta məlumatların yayılmasına səbəb olur

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Rəqəmsal inkişaf mediaya yeni imkanlar yaradır. Məlumatlar daha geniş və daha sürətlə yayılır”.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.

O bildirib ki, dəyişiklik fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb:

“Ölkə boyu genişzolaqlı internet şəbəkələri daha yaxşı informasiya əldə etməyə zəmin yaradır. Süni intellekt alətləri böyük həcmdə informasiyanın daha yaxşı əldə edilməsinə kömək edir”.

O, medianı daha diqqətli olmağa çağırıb:

“Süni intellektin tətbiqi ilə yaranan yeni şərait medianın rolunu daha da artırır. Çünki bu, bəzən saxta və yalan məlumatların yaranmasına səbəb olur. Zərərli informasiyaya qarşı birlikdə əməkdaşlıq etməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
3
apa.az

4Mənbələr