Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bölgədə baş verən hadisələrlə əlaqədar vətəndaşlarının İran, Livan və İraqa səfər etməsini qadağan etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirlik, həmin ölkələrdə olan BƏƏ vətəndaşlarını mümkün qədər tez ölkəni tərk edərək vətənə qayıtmağa çağırıb.
Nazirlik bildirib ki, vətəndaşların təhlükəsizliyi ən əsas prioritetdir və xaricdə yaşayan BƏƏ vətəndaşları verilən bütün təlimat və xəbərdarlıqlara ciddi şəkildə əməl etməlidirlər.
Aytən Yaşar/ Turkustan.az