AZ

Süni intelekt bəzən saxta məlumatların yayılmasına səbəb olur- Nazir müavini

Ajans.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib. O bildirib ki, dəyişiklik fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb: “Ölkə boyu genişzolaqlı internet şəbəkələri daha yaxşı informasiya əldə etməyə zəmin yaradır. Süni intellekt alətləri böyük həcmdə informasiyanın daha yaxşı əldə edilməsinə kömək edir”. O, medianı daha diqqətli olmağa çağırıb:

“Süni intellektin tətbiqi ilə yaranan yeni şərait medianın rolunu daha da artırır. Çünki bu, bəzən saxta və yalan məlumatların yaranmasına səbəb olur. Zərərli informasiyaya qarşı birlikdə əməkdaşlıq etməliyik”.

Seçilən
23
3
Ajans.az

4Mənbələr