AZ

Yeni klinikanın yeni rəhbəri BU VƏZİFƏDƏ DƏ ÇALIŞIR ÖZƏL

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Yeni Klinikaya da yeni direktor təyin edilib. Bu vəzifəyə Zəhra Vəzirova gətirilib.

Bakıvaxtı.az sözügedən şəxsin dosyesini təqdim edir.

Zəhra Vəzirova 1991–1997-ci illərdə Azərbaycan Tibb Universiteti-nin Müalicə işi fakültəsində ali təhsil alıb.1997–1998-ci illərdə M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi-də Anesteziologiya və Reanimasiya ixtisası üzrə internatura keçib. 1998–2001-ci illərdə həmin mərkəzdə aspirantura təhsili alıb. 2001–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanası-nın Reanimasiya və İntensiv terapiya şöbəsində həkim-reanimatoloq vəzifəsində çalışıb.2005–2012-ci illərdə eyni xəstəxananın Reanimasiya və İntensiv terapiya şöbəsində şöbə müdiri olub.2012-ci ildən Milli Onkologiya Mərkəzi-nin Reanimasiya şöbəsində şöbə müdiri vəzifəsində fəaliyyətini davam etdirir. 2006-cı ildən Azəri Toksikoloqlar Cəmiyyətinin sədr müavinidir. 40-dan çox elmi əsərin müəllifidir.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
bakivaxti.az

1Mənbələr