AZ

ASEAN və Avropa İttifaqı əməkdaşlığı genişlənir

Bruneydə keçirilən ASEAN və Avropa İttifaqı nazirlər toplantısının yekununda rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub. Sənəddə qeyri-hökumət təşkilatlarının bu prosesdə monitorinq və iştirakçı tərəf kimi rolu da xüsusi vurğulanıb.

QHT.az xəbər verir ki, bu barədə ASEAN Secretariat tərəfindən yayılan rəsmi press-relizdə məlumat verilib.

Qeyd olunur ki, qəbul edilən qərarlar regionlararası iqtisadi inteqrasiyanın dərinləşməsinə və rəqəmsal ticarətin inkişafına töhfə verəcək.

Nigar Rəhimova

Seçilən
19
qht.az

1Mənbələr