AZ

Qabonlu tədqiqatçı: Gənclər postkolonial dövrdə transformasiyanın əsas qüvvəsidir

Bakı, 1 may, AZƏRTAC

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş beynəlxalq Forum gənclərin qlobal çağırışlara cavab vermək potensialının nümayiş etdirilməsi baxımından mühüm platformadır.

AZƏRTAC xəbər verir ki, bunu Qabondan olan siyasi elmlər tədqiqatçısı Angelica İvala Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Forumda deyib.

O bildirib ki, postkolonial dövrün mürəkkəb reallıqları fonunda gənclər cəmiyyətlərin transformasiyasında aparıcı qüvvə kimi çıxış edirlər. Gənclər yalnız gələcəyin deyil, bu günün də dəyişdirici gücüdür. Onlar innovativ yanaşmaları, yeni ideyaları və ədalətli cəmiyyət quruculuğu üçün zəruri olan həll yollarını özündə birləşdirir.

A.İvala hesab edir ki, Forum iştirakçılar arasında təcrübə mübadiləsi aparmaq, qarşılıqlı öyrənmə imkanları yaratmaq və konkret təşəbbüslərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu platforma gənclərin fəallığının artırılması, onların qərarvermə proseslərinə cəlb olunması və daha ədalətli, suveren cəmiyyətlərin qurulması istiqamətində birgə addımların müəyyənləşdirilməsi üçün əlverişli şərait yaradır”.

Tədqiqatçı vurğulayıb ki, belə beynəlxalq təşəbbüslər gələcək üçün dayanıqlı və inklüziv inkişaf modelinin formalaşmasına töhfə verir: “İnanıram ki, bu Forum çərçivəsində aparılan müzakirələr məhsuldar olacaq və gənclərin rolunun gücləndirilməsi istiqamətində real nəticələrə gətirib çıxaracaq”.

Seçilən
38
azertag.az

1Mənbələr