Keçmiş prezident Salome Zurabişvilinin müxalifətin öz şəxsiyyətini qorumalı olduğu barədə fikirlərini şərh edən Kupradze bildirib ki, Bidzina İvanişvilini hakimiyyətdən uzaqlaşdırmaq üçün süni və ya mexaniki birlik deyil, cəmiyyətin real konsolidasiyası və vahid siyasi strategiya lazımdır. Onun sözlərinə görə, siyasi aktorların bu yanaşmaya qayıtması gürcü siyasətinin özünə zərər vermə rejimindən çıxmasına və seçkilər yolu ilə real nəticə əldə edilməsinə xidmət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31