AZ

Paralimpiya çempionu: Azərbaycanda idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 1 may, AZƏRTAC

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını vurğulamaq lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Paralimpiya çempionu, əməkdar idman ustası Dürsədəf Kərimova səsləndirib.

Onun sözlərinə görə, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər: “Onu da qeyd edək ki, ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də nüfuzlu turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağın artmasına böyük zəmin yaradıb”.

Paralimpiya çempionu qeyd edib ki, bu gün Azərbaycanda idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır. Müxtəlif idman növləri üzrə federasiyalar fəaliyyət göstərir və onların işi dövlət tərəfindən dəstəklənir. Xüsusilə Azərbaycan Güləş Federasiyası kimi qurumlar idmanın inkişafında mühüm rol oynayır. Bu federasiyalar gənc idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və idman ənənələrinin qorunması istiqamətində mühüm işlər görür.

Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri, onların uğurlarını yüksək qiymətləndirməsi və göstərdiyi diqqət idmançılar üçün böyük motivasiya mənbəyidir. Bu görüşlər idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir və onların daha böyük nailiyyətlər əldə etməsinə stimul verir. “Növbəti belə görüş aprelin 30-da keçirildi. Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi. Görüş zamanı dövlət başçısı güləşçiləri qazandıqları uğur münasibətilə təbrik edib, onların əzmkarlığını və vətənpərvərliyini xüsusi vurğulayıb. Ümumiyyətlə, Prezident İlham Əliyevin güləşçilərlə görüşü ölkədə idmanın inkişafına verilən önəmin göstəricisidir. Bu diqqət və qayğı sayəsində Azərbaycan idmançıları beynəlxalq arenada daha böyük uğurlar qazanmağa davam edəcəklər.

Son zamanlar idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır və üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmaqla xalqımıza böyük qürur hissi yaşadırlar”, - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
azertag.az

3Mənbələr