AZ

Njumba Nyamsi Erik: Bakı Təşəbbüs Qrupu Afrika gənclərinin imkanlarını genişləndirə bilər

Bakı Təşəbbüs Qrupu (BTQ) Afrika gənclərinin Azərbaycanda təhsil və peşə imkanlarına çıxışını asanlaşdırmaq üçün platforma ola bilər.

"Report" xəbər verir ki, bunu Kamerun nümayəndəsi Njumba Nyamsi Erik (Njoumba Nyamsi Eric) Bakıda "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forumda bəyan edib.

O qeyd edib ki, Afrika tam müstəqil hesab edilə bilməz və Komor Adalarının ərazi bütövlüyü və Mayot adası ilə bağlı vəziyyəti buna nümunə gətirib.

Onun sözlərinə görə, gənclər sadəcə gələcək deyil, artıq fəal şəkildə hərəkət edən qüvvədir və qərar qəbuletmə prosesinin mərkəzində olmalıdırlar:

"Gənclər strukturları bir sıra hallarda qərar qəbuletmə proseslərinə kifayət qədər cəlb edilmir, bu isə onların potensialını məhdudlaşdırır. Buna görə də mən dekolonizasiya məsələləri ilə məşğul olan gənclərin daimi katibliyinin yaradılmasını, eləcə də gənclər üçün təhsil və peşə imkanlarının inkişaf etdirilməsini təklif edirəm".

Seçilən
35
far.az

1Mənbələr