AZ

ATƏŞKƏS ƏVƏZİNDƏ SANKSİYALARIN LƏĞVİ ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Kreml amerikalılarla əməkdaşlıq edərək Rusiyaya qarşı sanksiyaları yumşaltmağın yollarını tapmağa çalışır.

“AzPolitika” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna hökumətindəki məlumatlı mənbəyə istinadla məlumat yayıb. 

Məlumatda deyilir ki, tərəflər Rusiyaya qarşı sanksiyaların yumşaldılması müqabilində Ukrayna cəbhəsində atəşkəs variantını müzakirə edirlər: 

"Onlar hansısa anda atəşkəsə başlamaq və məsələn, bir həftəlik atəşkəs barədə razılığa gəlmək istəyirlər. Bunun müqabilində sanksiyaları qismən ləğv edirlər. Amerika cəbhədə sakitlik barədə xəbər yayır, Putin isə sanksiyaların qismən yumşaldılması və müvafiq olaraq böyük mənfəət əldə edir. Əslində, bu, heç bir təhlükəsizlik zəmanəti olmayan "sövdələşmə"dir və Ukraynaya yaramır", - mənbə bildirib.

Hökumətdəki mənbə qeyd edir ki, bu variant həm ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Donald Tramp administrasiyasını, həm də iqtisadi çətinliklər yaşayan Vladimir Putin hakmiyyətini qane edir. Lakin Ukraynanı heç bir təhlükəsizlik zəmanəti verilməyən  və Rusiyanı gücləndirən müvəqqəti atəşkəs tipli bu cür “sövdələşmə” qəti qane etmir.  

Prezident Volodimir Zelenski də daha  əvvəl belə bir ssenarini istisna etməmişdi. “Bloomberg”-ə verdiyi müsahibədə o, Rusiyanın müəyyən şirkətlərə qarşı sanksiyaların ləğvi və ya bankların SWIFT-ə qaytarılması müqabilində atəşkəs təklif edə biləcəyini demişdi və əlavə etmişdi ki, "Ukrayna üçün bütün bunlar böyük risk təşkil edir".

Qeyd edək ki, bu il Ukrayna və Rusiya artıq "Pasxa atəşkəsi" adlanan bir razılaşma əldə etmişdilər. Lakin Rusiya ordusu bu "atəşkəs" zamanı hərbi əməliyyatları dayandırmamışdı.

Dünən isə Trampla Putin arasında söhbətdən sonra Moskvadakı 9 may paradı üçün atəşkəs barədə söhbətlər başlayıb. 

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
36
azpolitika.info

10Mənbələr