AZ

Erməni ekspert: “Bakı ilə İrəvanın sülh anlayışı fərqlidir” – ÖZƏL

Ermənistan və Azərbaycanın sülhə baxışı köklü şəkildə fərqlənir və bu vəziyyət uzun müddət davam edəcək. Olaylar.az xəbər verir ki, bu fikri "Orbeli" analitik mərkəzinin eksperti, şərqşünas Armen Petrosyan Sputnik Ermənistan-a müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, yaxın zamanda münaqişədən tam sülh və mehriban qonşuluq münasibətlərinə keçidi gözləmək real deyil. Onun iddiasına görə, Azərbaycan bir tərəfdən sülh bəyanatları versə də, digər tərəfdən gərginliyi artıran addımlar atır.(?)

Petrosyanın sözlərinə görə, Bakı regionda daha böyük rol oynamaq, Mərkəzi Asiya ilə Yaxın Şərq arasında körpü olmaq niyyətindədir və bu istiqamətdə əməkdaşlığı genişləndirir. O həmçinin iddia edib ki, Azərbaycan Rusiya və İran amilini də təhlükə kimi qiymətləndirir.

Ekspert bildirib ki, Azərbaycanın sülh yanaşması Ermənistanın gözləntiləri ilə üst-üstə düşmür. Onun fikrincə, Azərbaycan və Türkiyə iqtisadi və enerji alətləri vasitəsilə Ermənistana təsir imkanlarını artırmağa çalışır.(?)

Petrosyan əlavə edib ki, regionda yeni eskalasiyanın qarşısını almaq üçün qarşılıqlı asılılıq mexanizmləri, xüsusilə nəqliyyat kommunikasiyaları mühüm rol oynaya bilər. O, Azərbaycanla Naxçıvan arasında Sünikdən keçən yolun Ermənistanın nəzarətində qalmasının vacibliyini vurğulayıb.

Sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə toxunan ekspert qeyd edib ki, bəzi ərazilərlə bağlı dəyişiklik ehtimalı istisna edilmir və bu halda Azərbaycanın müəyyən güzəştlər tələb edə biləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr