AZ

Əli Əsədov qərar imzaladı

“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”na bir sıra əlavələr edilib.

Yeni redaksiyaya görə, “Gənclər evi” müəyyən olunmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək. Eyni zamanda, həmin müəssisələr sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə təsərrüfat cəmiyyətləri yarada və ya bu cəmiyyətlərdə iştirak edə biləcəklər.

Seçilən
71
5
publika.az

6Mənbələr