AZ

Göygöldə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Göygöl rayonunda qanunsuz tikili sökülüb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
 

Bu çərçivədə, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Üçtəpə kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.


Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.











Bizim.Media

Seçilən
12
29
bizim.media

10Mənbələr