AZ

İnfantino yenidən FİFA prezidenti seçilməyi hədəfləyir

FIFA prezidenti Canni İnfantino 2031-ci ilədək postundan ayrılmaq niyyətində deyil.

Fanat.Az xəbər verir ki, o, bu barədə başqanı olduğu qurumun Kanadanın Vankuver şəhərində keçirilən Konqresində danışıb:

Sözügedən futbol funksioneri 2027-ci ildə yenidən FIFA prezidenti seçilmək istədiyini bildirib.

İnfantino 2016-cı ildən indiki vəzifəsindıdir. Təşkilatın nizamnaməsinə əsasən, bir şəxs yalnız üç dəfə bu posta seçilə bilər. Lakin 2022-ci ildə FIFA Şurası onun 2016-cı ildən 2019-cu ilədək prezident kimi ilk müddətini nəzərə almamaq qərarına gəlib. O, 2023-cü ildəki seçkilərdə yeganə namizəd olub.

Toğrul

Seçilən
38
fanat.az

1Mənbələr