Xəbər verildiyi kimi ötən gün Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş vermişdi.
Partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat etmiş, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdi.
Əldə etdiyimiz məlumata görə, Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirli az öncə dünyasını dəyişib.
Qeyd edək ki,fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırma davam etdirilir. /Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta