AZ

Halk 5 ildir oynadığı "Atletiko"nu bu kluba dəyişir - Razılıq əldə olundu

Hazırda "Atletiko Mineyro"da çıxış edən Halk karyerasına Braziliyanın digər komandasında davam edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "TNT Sports" yayıb.

Mənbənin məlumatına görə, 2021-ci ildən sözügedən komandada oynayan forvard "Fluminense"yə keçməyi qərara alıb. Tərəflər arasında müqavilə hələ imzalanmasa da, yalnız kiçik detallar üzərində iş aparıldığı bildirilir. 

38 yaşlı forvardın hazırki klubu ilə sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Başqa sözlə, Halk "Fluminense"yə azad agent kimi yollanacaq.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr