AZ

​“Fənərbaxça”nın yeni prezidenti bu tarixdə seçiləcək

Türkiyənin “Fənərbaxça” klubunda növbədənkənar seçkilər keçiriləcək. İstnabul təmsilçisi gələn ay özünün yeni prezidentini seçəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Yerli KİV “Fənərbaxça”da keçiriləcək seçkilərin tarixini açıqlayıb. Məlum olub ki, “sarı-lacivərdlilər”in yeni lideri iyun ayının 7-də seçiləcək. İddialılar sırasında “Fənərbaxça”nın sabiq prezidenti Aziz Yıldırımın da adı hallanır. "Sarı-lacivərdlilər"in əfsanəsi isə namizəd olub-olmayacağını hələ dəqiqləşdirməyib. Buna baxmayaraq, Aziz Yıldırımın bu mövzuda davamlı açıqlamalar verməsi müzakirələrə səbəb olub. Yeni prezidentin Aziz Yıldıram və ya ona yaxınlığı ilə seçilən məşhur iş adamlarından biri olacağı istisna edilmir.

Qeyd edək ki, “Fənərbaxça”nın məşhur simalarından olan Hakan Safi klub prezidentliyinə namizədliyini rəsmən açıqlayıb. Hazırkı prezident Sadettin Saran isə seçkilərə qatılmayacağını bəyan edib.

Seçilən
1
metbuat.az

1Mənbələr