BMT-nin Ətraf Mühit Proqramı “Qlobal Su Çatışmazlığı 2026” xəritəsini yeniləyib. Hesabatda xüsusilə Orta Asiya və Qafqaz regionunda su infrastrukturunun yenilənməsinə ehtiyacın artdığı vurğulanır.
QHT.az xəbər verir ki, bu barədə UNEP məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə beynəlxalq investisiya fondları tərəfindən QHT-lər və özəl podratçılar üçün təxminən 5 milyard dollar vəsait ayrılması planlaşdırılır.
Ekspertlər qeyd edirlər ki, bu təşəbbüs regionda su resurslarının daha səmərəli idarə olunmasına və ekoloji problemlərin həllinə mühüm töhfə verə bilər.
Nigar Rəhimova