“Günün tələblərinə uyğun olaraq bütün sahələrdə inkişaf gedir. Rəqəmsal transformasiya bu gün demək olar ki, bütün dünya ölkələrində baş verir və hər il yeni çalarlarla zənginləşir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov
səsləndirib.
“Rəqəmsal transformasiya ən prioritet sahələrdən biridir. Bu məsələdə cəmiyyət, media və qurumlar olaraq öz töhfəmizi verməliyik.
Elm, səhiyyə, maliyyə və digər sahələrdə rəqəmsal transformasiya artıq geniş yayılıb. Medianın bu prosesdən kənarda qalması isə qeyri-mümkündür. Media cəmiyyətin bütün təbəqələri arasında körpü rolunu oynayır. Əvvəllər qəzet və radio ayrı-ayrı inkişaf istiqamətləri kimi mövcud idisə, indi onlar rəqəmsal mühitdə birləşir. Bu mühitdə isə ən çox interaktivlik artıb”, - deyə o bildirib.
Aytəkin TOFİQQIZI