“Barselona”nın müdafiəçisi Alexandro Balde yayda komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 22 yaşlı futbolçu üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır. Ona əsas maraq göstərən klublardan biri “Mançester Yunayted”dir.
“Barselona” Balde üçün təxminən 50 milyon avro tələb edir, “Transfermarkt” isə onun dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
Balde bu mövsüm 38 oyunda 3 assistlə yadda qalıb.