AZ

"İdman sahəsinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir"

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

Bu görüş təkcə rəsmi qəbul deyil,  idman ruhunun və davamlı inkişafın simvolu kimi yaddaşlarımızda qaldı. Görüşdə söylənilən fikirlər bir qələbənin təntənəsi yox, bütövlükdə Azərbaycan idmanının keçdiyi yolun və qazandığı nüfuzun aydın ifadəsidir.

Ölkə başçısının uğurlu siyasəti ölkəmizin hərtərəfli inkişafı təmin edir. Cənab Prezidentin idman sahəsinə olan diqqəti və qayğısı nəticəsidir ki, bütün mötəbər yarışlarda idmançılarımız ön sıralarda qərarlaşırlar. Son dövrlərdə Bakıda və həmçinin regionlarımızda xeyli sayda Olimpiya İdman Kompleksləri və beynəlxalq standartlara cavab verən yeni stadionlar tikilib istifadəyə verilib. Bütün bunlar ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Ölkə başçısı görüşdə diqqəti idmanın inkişafı istiqamətində atılan addımlara yönəltdi. Przident İlham Əliyev çıxışı zamanı İdmançılarımızın həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil etdiyini qeyd edib. Çıxışı zamanı 30 ilə yaxındır Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi gözümün önündə keçib. Neçə nəsil dəyişib, amma bu gün yenə də uğurlarla fəxr edirik.

Görüş zamanı idmançıların zəhməti ölkə başçısı tərəfindən yüksək qiymətləndirildi. Bu cür uğurlar üçrəngli bayrağımızın daha çox ölkədə dalğalanmasına səbəb olur. Hər bir idmançımızın qələbəsi xalqın birliyini daha da möhkəmləndirir və sağlam gəncliyimizin formalaşmasına stimul verir. Sağlam gəncliyimizin formalaşmasıda öz növbəsində güclü cəmiyyətin formalaşmasına kömək edir.

Qəbul mərasimi idmançılar üçün böyük motivasiya oldu. Onlar dövlət tərəfindən dəyərləndirildiklərini hiss etdilər. Bu görüş bir daha göstərdi ki, Azərbaycan idmanı yüksəliş dövrünü yaşayır və bu yüksəliş təsadüfi deyil. Bu, məqsədyönlü siyasətin, zəhmətin və milli birliyin nəticəsidir. Sonda hər kəs bir daha anladı ki, Azərbaycan idmançıları ilə fəxr edir və onların uğurları bütün xalqın sevincidir.Qarşıda isə yeni zirvələr, yeni qələbələr və yeni qürur anları var.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Seçilən
1
redaktor.az

1Mənbələr