AZ

Pentaqondan şok addım: İranın gizli silahları belə məhv ediləcək

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni texnologiyaların tətbiqinə başlayır.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ dəniz minalarının aşkarlanması üçün süni intellekt sistemlərini dövriyyəyə buraxır.

Bu məqsədlə Pentaqon "Domino Data Lab" proqram təminatı şirkəti ilə dəyəri 100 milyon dollara qədər olan müqavilə imzalayıb.

Yeni texnologiya sualtı dronlara yeni növ minaları aylar deyil, cəmi bir neçə gün ərzində müəyyən etməyi öyrətməyə imkan verəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu layihə minaların gəmilər vasitəsilə ənənəvi axtarış üsulundan süni intellekt əsaslı sistemlərə keçidi stimullaşdıracaq. Bu addım dünyanın ən mühüm gəmiçilik marşrutlarından biri olan Hörmüz boğazında hərəkətin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr