ain.az, Qol.az portalına istinadən məlumat verir.
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətlə ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, futbolçular bu gün əvəzedicilər liqasının 24-cü turunda “Zirə” ilə görüşdə oynayıblar.
Start heyətdə meydana çıxan hər iki futbolçu qol vurub. Abbas 49, Elvin isə 73-cü dəqiqədə fərqlənib. Cəfərquliyev penaltidən rəqib qapısına yol tapıb. Oyun “Qarabağ”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.
Посмотреть эту публикацию в Instagram
Публикация от Qol.az (@qolaz)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.