AZ

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid...

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın ailəsi Qazaxıstana ciddi şəkildə ayaq açır. Qazaxıstan lideri Qasım-Jomart Tokayev Rusiya və Çin şirkətlərini kənara qoyaraq, ABŞ Prezidenti Donald Trampa volfram hasilatı ilə bağlı şəxsi təklif irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı məlumat yayıb.

“Trampın oğlanları tərəfindən dəstəklənən şirkət, keçən il Qazaxıstanda volfram hasilatı üçün ABŞ hökumətindən 1,6 milyard dollara qədər dəstək alan vacib mineral qrupu ilə birləşməyə razılıq verib. Sentyabrın 22-də Tokayev Trampa Amerikanın “Cove Kaz Capital” investisiya qrupuna böyük volfram mədən layihəsini təhvil vermək planları barədə məlumat verib. ABŞ hökuməti tərəfindən dəstəklənən “Cove Kaz” şirkəti Çin və Rusiya şirkətləri ilə rəqabət aparır. Sözügedən şirkət Qazaxıstanda mədənin təhlükəsizliyini təmin etmək üçün Trampdan, Rubiodan və Latnikdən birbaşa yardım alıb. Federal hökumət tərəfindən maliyyələşdirilən iki agentlik - ABŞ İxrac-İdxal Bankı və İnkişaf Maliyyə Korporasiyası ötən il Qazaxıstanın mərkəzindəki “Şimali Katpar və “Yuxarı Kayraktı” layihələrinin inkişafını dəstəkləmək üçün 1,6 milyard dollara qədər vəsait ayırıb. Hazırda “Cove Kaz” bu layihələrin 70%-nə nəzarət edir. Bu həftə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, region xaricindəki ölkələrin Mərkəzi Asiyanın hərbi sahəsində iştirakı qəbuledilməzdir. Və Rusiya bunu hərbi təhdid kimi qəbul edəcək. Hərbi ekspertlər hesab edirlər ki, bu, Özbəkistan, Qazaxıstan və Türkmənistanın ABŞ, AB və Türkiyə ilə əməkdaşlıq inkişaf etdirmək niyyətinə birbaşa təhdiddir”, - məlumatda deyilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
axar.az

1Mənbələr