AZ

"Media auditoriyanın diqqətini tam şəkildə özünə cəlb edə bilmir" - Səbinə Seyidova

“Sosial şəbəkələr yarandıqdan sonra ənənəvi mediaya yanaşma dəyişib”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova səsləndirib.

“Yeni medianın istiqamətinə nəzər salmalıyıq. Bizim media subyektləri sosial şəbəkələrdə iştirakı artırmağa və auditoriya toplamağa çalışırlar. Amma media auditoriyanın diqqətini tam şəkildə özünə cəlb edə bilmir. Dünyada yeni media anlayışı meydana gəlib. Media elə platforma təqdim etməlidir ki, hər bir şəxs xəbər yaradılmasında iştirak etsin. Media subyektlərinin rəhbərləri düşünürlər ki, informasiyanı necə təqdim etsinlər ki, sosial şəbəkələrin cəlb etdiyi auditoriyanı geri qaytara bilsinlər”, - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr