“Marsel”in hücumçusu Meyson Qrinvud PSJ-nin maraq dairəsinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 24 yaşlı forvardı transfer etmək istəyir. Lakin əsas maneə məbləğdir – “Marsel” futbolçu üçün 80 milyon avrodan çox tələb edir.
Qrinvud bu mövsüm 42 oyunda 25 qol və 10 assistlə çıxış edib. “Transfermarkt” onun dəyərini 55 milyon avro qiymətləndirir.