AZ

"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi

style='margin-bottom:10px;'>

“Qarabağ”ın "Neftçi" ilə oyunda zədələnən futbolçusu Coni Montiel əməliyyat olunub.

Bu barədə QOL.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək.  Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.

Xatırladaq ki, Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış “Neftçi” ilə matçının 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, birbaşa xəstəxanaya aparılmışdı.

Seçilən
14
3
teleqraf.com

5Mənbələr