Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Berlin, 1 may, AZƏRTAC
Almaniyada sağçı motivli zorakılıq halları artaraq 2016-cı ildən sonra ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, federal hökumətin Sol Partiyanın parlament fraksiyasının sorğusuna cavabında 2025-ci ildə bu qəbildən 1598 cinayətin qeydə alındığı bildirilib. 2024-cü ildə 1488, 2023-cü ildə isə 1270 belə fakt qeydə alınıb. Buna baxmayaraq, sağçı motivli cinayətlərin sayı ümumilikdə cüzi azalaraq 42 min 544-ə düşüb. Bu kateqoriyaya nifrət çağırışları, təhqir, dövlət atributlarının təhqir olunması, eləcə də qətl, xəsarət yetirmə, ictimai asayişin pozulması və digər hallar daxildir.
Əhalinin sayına görə ən yüksək göstəricilər ölkənin şərq əyalətlərində müşahidə olunub. Belə ki, Meklenburq-Ön Pomeraniya əyalətində əhalinin hər 100 min nəfərinə 145, Saksoniya-Anhaltda 142, Brandenburqda isə 139 fakt qeydə alınıb ki, bu da ölkə üzrə orta göstəricidən (51) xeyli yüksəkdir. Ən aşağı göstəricilər (28 hadisə) isə Bavariya və Baden-Vürttemberq əyalətlərində qeydə alınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.