AZ

Azercell bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir

Şirkətin “Azərxalça” ASC ilə birgə layihəsi Xalça Festivalında nümayiş etdiriləcək “Azercell Telekom” MMC qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirərək “Minlərlə ilmə, bir güc” layihəsini təqdim edir.

“Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs qadın həmrəyliyinin təşviqi ilə yanaşı, Azərbaycanın zəngin xalçaçılıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Layihə əsnasında hazırlanan xalça 2–3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalında ictimaiyyətə təqdim olunacaq. Qadınların sosial və mədəni inkişafda rolunu əks etdirən bu konseptual sənət nümunəsi səbri, gücü və həmrəyliyi ehtiva edəcək. Xalçanın yaradılması prosesi festival günlərində interaktiv formatda həyata keçiriləcək.

Seçilən
3
6
publika.az

7Mənbələr