AZ

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakının mərkəzində avtomobilin düzgün qaydada park edilməməsi digər sürücülərin narazılığına səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Qeyd olunub ki, şəhərin mərkəzində - Lev Tolstoy küçəsindəki qanuni dayanacaq yerində "Hyundai" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini parklanma yerinə perpendikulyar şəkildə park edib və ərazini tərk edib. Bu isə digər avtomobillərin ərazidə parklanmasına mane olub.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin (avtobus, taksi və s.) dayanacağında dayanma və ya durma qaydalarını pozmağa görə cərimə məbləği 40 manat və iki bal təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
avtosfer.az

2Mənbələr