AZ

Nazir: Azərbaycandan idxal sayəsində Ermənistanda benzinin qiyməti çox da artmayıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycandan benzin idxalı Yaxın Şərqdəki hadisələr fonunda Ermənistanda qiymət artımının qarşısını alıb.

“Armenpress”in xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycandan yanacaq tədarükü olmasa, benzinin qiyməti bir neçə yüz dram baha olardı.

“Bu arada, bu gün enerji bazarındakı turbulentlik fonunda benzinin qiyməti dünya miqyasında əhəmiyyətli dərəcədə, Ermənistanda isə çox cüzi şəkildə artıb”, - Papoyan əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
4
apa.az

5Mənbələr