AZ

Qazaxıstan neftinin "Drujba" kəməri ilə Almaniyaya tranziti dayandırıldı

Mayın 1-dən Rusiya Qazaxıstan neftinin "Drujba" magistral neft kəməri vasitəsilə Almaniya istiqamətinə nəqlini dayandırır.

Qaziler.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın açıqlamasına görə, bu qərar mövcud texniki məhdudiyyətlərlə bağlıdır. İndi Qazaxıstandan gələn və əvvəllər bu marşrutla Almaniyaya (AFR) göndərilən xammal digər mövcud logistik dəhlizlərə yönləndiriləcək.

Qazaxıstanın Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayeva dəqiqləşdirib ki, "Drujba" kəməri ilə tranzitin müvəqqəti bloklanması ilə əlaqədar respublika may ayında 260 min ton nefti alternativ yollara keçirəcək. Söhbət Baltik dənizindəki Ust-Luqa limanı və Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) sistemi vasitəsilə həyata keçirilən tədarüklərdən gedir.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr