AZ

"Azərbaycan Xalçaçılıq İnciləri" layihəsinin təqdimat mərasimi keçirilib

Milli Xalça Muzeyində "Azərbaycan Xalçaçılıq İnciləri" layihəsinin təqdimat mərasimi keçirilib.Metbuat.az xəbər verir ki, BP ilə Təşəbbüslər və Layihələr Mərkəzinin birgə layihəsinin təqdimatında şirkətin rəsmiləri və Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, mədəni-ictimai xadimlər, deputatlar və digər rəsmilər, eləcə də media mənsubları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BP-nin mətbuat katibi Tamam Bayatlı şirkətin Azərbaycanda fəaliyyət göstərdiyi 34 il ərzində müxtəlif mədəni layihələrə dəstək verdiyini diqqətə çatdırıb.Xalça Muzeyinin direktoru Əminə Məlikova Prezident İlham Əliyevin akademik Lətif Kərimovun 120 illlik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına diqqət çəkərək Azərbaycanda xalçaçılıq sənətinə verilən dəyərdən danışıb.Əminə Məlikova BP-in sözügedən layihəsini yüksək qiymətləndirdiyini deyərək layihə çərçivəsində 3 araşdırma-kitabı nəşr olunan sənətşünas alim Kübra Əliyevanın xalçaçılıq sənəti ilə bağlı fəaıiyyətinə də toxunub:"Sənətşünas alim, professor Kübra Əliyeva hər zaman Azərbaycan xalçaçılığına poeziya dili ilə yanaşıb, onu məhz bu şəkildə araşdırıb. Hesab edirəm ki, bu layihə xalçaçılıq sənətimiz üçün böyük bir araşdırma mənbəyi kimi tarixdə öz yerini tutacaq".BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, öz növbəsində şirkətin mədəni-sosial layihələrinə diqqət çəkib:"Bu kimi layihələr cəmiyyətin mədəni-sosial layihələrinə töhfə vermək xarakteri daşıyır. Professor Kübra Əliyevanın bu gün təqdim etdiyimiz 3 kitabının xalçaçılıq sənətimizin təbliğatına, araşdırılmasına və yaşadılmasına töhfə verəcəyinə inanırıq".Mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim olunan 3 araşdırma kitabını fundatemental tədqiqat mənbəsi adlandırıb.Yekunda kitabların müəllifi professor Kübra Əliyeva özünün tədqiqat materiallarına göstərilən yüksək diqqətə görə minnətdarlığını ifadə edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Seçilən
17
metbuat.az

1Mənbələr