AZ

Aleksandr Esaulenko: Azərbaycan hökumətini bu çox gözəl və sürətli bərpa prosesinə görə təbrik edirəm

Ağdam, 1 may, AZƏRTAC

Bu, mənim Qarabağa altıncı səfərimdir. Azərbaycan Respublikası hökumətinin rəhbərliyi ilə həyata keçirilən bu böyük layihədən çox təsirlənmişəm. Xüsusilə Qarabağ Universiteti çox müasirdir və bu o deməkdir ki, bir çox gənc dünya təcrübəsinə uyğun keyfiyyətli təhsil almaq imkanı əldə edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Ağdama səfəri zamanı Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.

O deyib: “Azərbaycan hökumətini bu çox gözəl və sürətli bərpa prosesinə görə təbrik edirəm. Biz diplomatik korpus nümayəndələri olaraq bütün bunları yerində görmək imkanı əldə edirik. Həmçinin Azərbaycanın sülh gündəliyini və qonşularla münasibətlərdə əldə olunan böyük irəliləyişi də yüksək qiymətləndirirəm. Əsas məsələ sülhdür və bu sülh Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində təmin olunub”.

“Gələcəkdə ölkələrimiz arasında Qarabağa töhfə verə biləcək layihələrə gəldikdə, ümid edirəm ki, Moldova da yaxın gələcəkdə bu prosesə qoşulacaq. Bu, ikitərəfli gündəliyimizdən asılıdır. Bu baxımdan, Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixail Popşoyun Azərbaycana son səfəri yeni ideyaların formalaşmasına və Azərbaycanla Moldova arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafına təkan verəcək”, - deyə o əlavə edib.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Ceyhun Mustafayev
Seçilən
55
azertag.az

1Mənbələr