AZ

Azərbaycandan benzin tədarükü qiymət artımının qarşısını alıb Papoyan

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Azərbaycandan gələn benzin Yaxın Şərqdəki hadisələr və enerji bazarındakı gərginlik fonunda Ermənistanda qiymət artımının qarşısını almağa kömək edib".

525.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əvvəllər qlobal yanacaq qiymətləri 10 faiz artanda, Ermənistanda artım 50 faiz səviyyəsində olurdu.

“Hazırkı vəziyyət tamamilə əksinədir - benzinin qiyməti dünya miqyasında əhəmiyyətli dərəcədə artıb, lakin qonşu ölkədən tədarük səbəbindən Ermənistanda bu, cüzidir”, -erməni rəsmi deyib.

Əlavə edib ki, bu tədarük olmasaydı, qiymətlər bir neçə yüz dram (cari məzənnə ilə 1 dollar -376 dram) artardı.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr