AZ

DGKA da “Smart City Lab” mini hakatonu keçirilib

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Dövlət Gömrük Komitəsinin Akademiyasinda (DGKA) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tələbə Gənclər Təşkilatı tərəfindən “Smart City Lab: Sabahın şəhərini qur” adlı mini hakaton keçirilib. Akademiyanın əməkdaşları və tələbələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi gənclərin innovativ düşüncə qabiliyyətlərini inkişaf etdirmək və onların şəhərlərin gələcəyinə dair baxışlarını dəstəkləmək olub.

Tədbirdə çıxış edən Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d., dosent Elvin Əlirzayev və Akademiyanın əməkdaşı, s.ü.f.d. Şəbnəm Nuriyeva iştirakçılara uğurlar arzulayıb, bu kimi təşəbbüslərin gənclərin peşəkar inkişafında və yaradıcı yanaşmalarının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Mini hakaton çərçivəsində iştirakçılar şəhərlərin gələcəyinə yönəlmiş innovativ və praktik həllər təqdim ediblər. Layihələr texnologiya, davamlı inkişaf və ağıllı şəhər yanaşmalarını özündə birləşdirərək münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Gərgin və maraqlı keçən yarışın yekununda Venesiya komandası I yerə, Mumbai komandası II yerə, Seul komandası isə III yerə layiq görülüb.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr