Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Matiçlə yeni müqavilə imzalanacaq
Tanınmış futbolçu Nemanya Matiç daha bir mövsüm "Sassuolo"da qalacaq.
QOL.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı yarımmüdafiəçini komandada saxlamaq qərarı verib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İtaliya klubu 37 yaşlı dayaq yarımmüdafiəçisinə 1 illik sözləşmə təklif edib. Futbolçu ilə yaxın günlərdə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Nemanya Matiç mövsümün əvvəlindən "Sassuolo"da çıxış edir. Serbiya millisinin üzvü bu komandada 30 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.