AZ

“Bu dəyişikliklər daha çevik və şəffaf modelə keçməyə töhfə verəcək...” Millət vəkilinin ÇIXIŞI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Plenar iclasda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi ölkəmizin gömrük sisteminin yeni çağırışlara uyğunlaşdırılması məqsədilə hazırlanmışdır. Qanun layihəsini dəstəkləyir və ona səs verəcəm".

"AzPolitika" xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışında bəyan edib.

Millət vəkili çıxışında qanun layihəsinin 1-ci oxunuşun tələblərinə uyğun olaraq, konseptual baxımdan layihədə əks olunan bəzi dəyişikliklərin mahiyyəti barədə mülahizələrini səsləndirib: 

"Əvvəla, gömrük qanunvericiliyinin (anlayışlarının) beynəlxalq standartlara uyğunlaşdırılmasına dair olan dəyişiklik, beynəlxalq təcrübə və layihələr çərçivəsində formalaşmış təkliflərin gömrük qanunvericiliyinə implementasiyasını, gömrük prosedurlarının hüquqi terminologiyasını beynəlxalq praktikaya uyğunlaşdırmağı və normativ tənzimləmənin tətbiq olunması imkanlarının artırılması məqsədini daşıyır.

İkinci, gömrük prosedurları dairəsinin dəqiqləşdirilməsi və əməliyyatlarının daha aydın tənzimlənməsi, idarəetmə sisteminin optmallaşdırılması vəgömrük rəsmiləşdirilməsi üzrə güzəşt və sadələşdirmə tədbirləri ilə bağlı dəyişikliksə, fikrimcə, gömrük nəzarəti və rəsmiləşdirilməsinin sadə və güzəştli tətbiqini, risk idarəetmə sistemi əsasında gömrük nəzarəti formalarının təkmilləşdirilməsini, gələcəkdə logistika və beynəlxalq ticarətdə istifadə olunan müasir mexanizmlərin hüquqi əsasının formalaşdırılmasına və idarəetmə mexanizmlərinin daha səmərəli təşkilinə xidmət edəcəkdir.

Üçüncü, gömrük təmsilçiliyi institutunun yenidən qurulması, inzibati prosedurların sadələşdirilməsi, inzibati icraat proseslərinin təşviqi və səlahiyyətli iqtisadi operator institutunun yenilənməsi kimi layihədə əks olunan dəyişiklik isə lisenziyalaşdırmanın və inzibati yükün azaldılmasını, gömrük xidmətləri bazarında rəqabətin genişlənməsi və prosedurların sadələşdirilməsini, eyni zamanda inzibati proseslərin legitimliyinin təmin olunmasını və biznes subyektləri, həm də səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün daha əlverişli hüquqi mühitin yaradılmasını nəzərdə tutur.

Dördüncü, ticarətin asanlaşdırılması, rəqəmsallaşmanın genişləndirilməsi, gömrük nəzarəti və audit, tranzit və beynəlxalq daşımalar üzrə nəzarət mexanizmlərini dəqiqləşdirməklə təkmilləşdirilməsi, gömrük informasiya sistemləri və məlumatların qorunmasının tənzimlənməsi məsələləri ilə bağlıdəyişikliksə,Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqini, xarici ticarət və logistik əməliyyatların sürətləndirilməsini, rəqəmsal və elektron gömrük mexanizmlərinin genişləndirilməsini, həmçinin, beynəlxalq nəqliyyat və tranzit əməliyyatlarının, habelə logistika zəncirinin daha təhlükəsiz və effektiv təşkilini nəzərdə tutmaqla yanaşı,həm də gömrük informasiya sistemlərinin fəaliyyətinin hüquqi əsaslarını gücləndirməyə, məlumat təhlükəsizliyini təmin etməyə və rəqəmsal gömrük xidmətlərinin inkişafını dəstəkləməyə yönəlmişdir.

Beləliklə, Gömrük Məcəlləsinə təklif olunan bu dəyişikliklər gələcəkdə gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznes yönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə hüquqi zəmin yaratmaqla bərabər, eyni zamanda məmur-sahibkar-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına mühüm töhfə verəcəkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
azpolitika.info

1Mənbələr